EN

Teymur Musayev ÜST rəsmisi ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge ilə görüşündə ikitərəfli əməkdaşlığı müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakıda keçirilən Qlobal İqlim Konfransının əhəmiyyətini vurğulayan Teymur Musayev Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğunu və iki il ərzində Alyansın həmtəşkilatçısı qismində fəaliyyət göstərəcəyini qeyd edib: “ATACH-nin həmsədri kimi Azərbaycan iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması üçün birgə səyləri təşviq edəcək”.

Hans Henri Kluge Azərbaycanda COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Azərbaycan hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil edir və COP29 da istisna deyil”.

Chosen
12
5
publika.az

3Sources