EN

Balıkesir sahillərində 258 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyənin Balıkəsir şəhərində qeyri-qanuni yollarla xaricə getməyə çalışan 258 qeyri-qanuni miqrant saxlanılıb. Balıkəsir şəhər Jandarma Komandanlığının qrupları, 11-17 noyabr tarixləri arasında insan qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Ayvalık, Susurluk və Edremit rayonlarında üç əməliyyat keçirib.

Əməliyyatlar nəticəsində, 238 Əfqanıstan, 13 Sudan, 2 Fələstin və 5 Suriya vətəndaşı olmaqla, ümumilikdə 258 qeyri-qanuni miqrant saxlanılıb. Saxlanılan miqrantlar, əməliyyatlardan sonra Miqrasiya İdarəsinə təhvil verilib.



Chosen
20
1
trt.net.tr

2Sources