EN

Türkiyədə rekord qırmağa davam edirlər

style='margin-bottom:10px;'>

Türkiyənin 3-cü liqasında mübarizə aparan "Bursaspor" oyunlarına cəlb etdiyi azarkeş sayı ilə diqqət çəkib.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın son 6 matçına 240 min 865 azarkeş gəlib.

Bu isə 3-cü liqa üçün rekorddur. "Bursaspor" bu 6 görüşdə 15 qol vurub və cəmi 2 qol buraxıb. Komanda 3-ci liqadakı son 6 oyununda 5 dəfə qalib gəlib və 1 heç-heçə edib. "Yaşıl-ağlılar" həm məğlubedilməzliyi, həm də azarkeşləri ilə futbolsevərləri təəccübləndirir.

"Bursaspor" 3-cü liqanın rekordunu qırmaqla yanaşı, ümumilikdə Türkiyənin peşəkar futbol çempionatlarında mübarizə aparan klublar arasında ən çox azarkeş toplayan 2-ci komandadır.

"Bursaspor" "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor" kimi komandaları geridə qoyub.

Türkiyə çempionatlarında son 6 görüşündə ən çox azarkeş toplayan komanda isə "Qalatasaray"dır - 309 min 466 azarkeş.

3-cü pillədə "Fənərbaxça" qərarlaşır - 200 min 933 azarkeş. "Beşiktaş" 4-cü (172 min 897), "Trabzonspor" isə 5-cidir (124 min 450).

Orta hesabla hər oyuna 41 min 144 azarkeş cəlb edən "Bursaspor" 3-cü liqanın 4-cü turunda 43 min 160 azarkeş sayı ilə çempionatın rekordunu qırıb.

Hazırda "Bursaspor" 3-cü liqanın turnir cədvəlində 29 xalla liderdir.

Qeyd edək ki, Türkiyənin tanınmış komandalarından olan "Bursaspor" 2009-10 mövsümün ölkə Superliqasının qalibi adını qazanıb. Sonrakı mövsümlərdə komanda uğursuz çıxış edərək aşağı liqalara düşüb.

Chosen
43
teleqraf.com

1Sources