EN

Slovakiyalı nazir: Biz güclərimizi birləşdirsək, dünyada tullantı problemi qalmaz

Ölkələr metan emissiyalarının azaldılması ilə bağlı öz hədəflərini konkret ortaya qoymalıdırlar. Eyni zamanda, metan tullantılarının təmizlənməsi üçün modernləşdirmə də olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması (ROW)" üzrə yüksəksəviyyəli tədbirdə deyib.

Nazir bildirib ki, tullantıların idarə olunmasında innovasiyalar şərtdir. "Biz birlikdə çalışıb güclərimizi birləşdirsək, dünyada tullantı problemi qalmaz", - deyə slovakiyalı nazir diqqətə çatdırıb.

Chosen
25
1
xalqqazeti.az

2Sources