EN

İqlim təsirlərinin və istiləşmənin üçdə biri atmosferdəki metandan qaynaqlanır - Rik Dyuk

Bugünkü iqlim təsirlərinin və istiləşmənin üçdə biri atmosferdəki metandan qaynaqlanır.

Olaylar xəbər verir ki, bu barədə Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk İqlim fəaliyyəti üçün üzvi tullantılardan metanın azaldılması üzrə yüksək səviyyəli tədbir"də çıxışı zamanı deyib.

O qeyd edib ki, COP29-da metanla mübarizənin əsas aspektini müzakirə etmək ümidvericidir.

"Mən üzvi tullantılardan metan emissiyalarının azaldılması ilə bağlı bu bəyannaməni irəli sürdüyü üçün COP 29 Prezidentliyinə təşəkkür etmək istəyirəm. Bu bəyannaməyə görə, COP tullantı sektorunda metanla mübarizə aparmaq üçün bir presedent yaradıb.

Milli siyasətlər haqqında qeyd edək bilərəm ki, bu ilin əvvəlində Amerika Birləşmiş Ştatlar üzvi maddələrin təkrar emalı yolu ilə qida itkisini və tullantılarını azaltmaq üçün ilk milli strategiyamızı işə saldı.

Biz həmçinin, tullantı infrastrukturu qrantları üçün 100 milyon dollardan çox yeni maliyyə vəsaitinin ayrıldığını elan etdik. Maliyyə məsələsində, əlbəttə ki, tullantı sektorunda iqlimlə bağlı fəaliyyət üçün daha çox maliyyəyə ehtiyacımız var",- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
1
olaylar.az

2Sources