EN

Qazaxıstan hər il suqoruyucu texnologiyaların tətbiq sahəsini 150 min hektar artırmağı planlaşdırır

Bakı. Trend:

Qazaxıstan hər il kənd təsərrüfatında suqoruyucutexnologiyaların tətbiq sahəsini 150 min hektar artırmağıplanlaşdırır.

Trend xəbər verir ki, bunuQazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek Kencexanulı"COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlimhədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdəbildirib.

"Biz kənd təsərrüfatında su istehlakının azaldılması üzərindəfəal şəkildə işləyirik. Bu il suqoruyucu texnologiyalar 400 minhektar ərazidə tətbiq edilib. Məqsədimiz bu sahəni hər il 150 minhektar artırmaqdır. Suqoruyucu texnologiyaların tətbiqi üçünçəkilən xərclərin 80 faizə qədərini subsidiyalaşdırırıq. Butədbirlər xüsusilə ölkənin cənub bölgələri üçün böyük əhəmiyyətkəsb edir. Belə yanaşmalar su ehtiyatlarından daha səmərəliistifadə etməyə və eyni zamanda məhsuldarlığı sabit şəkildəartırmağa imkan verir", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
26
az.trend.az

1Sources