EN

Nazir deputatın qaldırdığı məsələyə cavab verdi

“Onkoloji tibb xidmətləri ilə bağlı vəsaitlərin ayrılması məsələsi hamımızı narahat edir”.

Hurriyyet.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun onkoloji xəstəliklərin İcbari Tibbi Sığortaya daxil edilməsi ilə bağlı təklifinə cavab olaraq bildirib. 

“İl ərzində bu məsələ ilə bağlı 60 milyon manat vəsait ayrılıb. Bundan başqa, ehtiyat fondlarından əlavə vəsaitlər ayrılır. Bizim artıq fikir mübadiləmiz olub. Aidiyyəti dövlət orqanları, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, Milli Onkologiya Mərkəzi və Maliyyə Nazirliyi olaraq bu sahəyə əlavə hansı şəkildə vəsaitlər ayrıla bilər məsələsinə baxmalıyıq. Yəqin ki, yaxın zamanlarda təkliflər hazırlanıb hökumətə təqdim ediləcək”, - maliyyə naziri bildirib. 

Qeyd edək ki, Ə.Əmiraslanov onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını qəbuledilməz adlandırıb. 

Qafqazinfo.az

Chosen
6
8
hurriyyet.az

9Sources