EN

Bəhreyn Krallığının nümayəndələri Ədəbiyyat Muzeyinin qonağı olublar

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tədbirlərində Bəhreyn Krallığının nümayəndələri də iştirak ediblər. Onlardan Gənclər və ətraf mühitin mühafizəsi ərəb ofisi müşahidəçilərindən layihə mühəndisi Cihad Cəfər və memar Xulud əl-Əkbər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Bu barədə TƏHSİL.BİZ - ə Ədəbiyyat Muzeyindən məlumat verilib.

Qonaqlar muzeydə Ərəb xilafəti, Xətib Təbrizi və Əbüləla əl-Məərri, İsmayıl ibn Yəsar haqqında məlumatları maraqla dinləyiblər. Həmçinin XX əsrə məxsus “Dörd fəsil” mövzusunda işlənmiş Təbriz xalçasını, XIX əsrə aid “Xosrov və Şirin”, Nizami Gəncəvinin “Xəmsə”si əsasında 1939-1941-ci illərdə Bakıda toxunmuş xalçaları və digərlərini böyük zövqlə seyr ediblər.

Bəhreyn nümayəndələri muzeyin rəylər və təəssüratlar kitabında İslamdan öncə və sonrakı Azərbaycanla tanış olduqlarını, həmçinin İslam sivilizasiyası ilə bağlı mühüm məlumatlardan bəhrələndiklərini qeyd ediblər.

Sonda qonaqlara muzeyin nəşrlərindən “Məhsəti Gəncəvi. Portret-oçerk” (ərəb dilində) və “Nizami muzeyinin xalçaları” kitabları təqdim olunub.

Chosen
18
tehsil.biz

1Sources