Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən
məmulatların, ayaqqabıların istehsalı sahələrində 376,3 milyon manat dəyərində məhsul istehsal edilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 3,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 0,2 faiz artım qeydə alınıb.
Bununla yanaşı, toxuculuq sənayesində isə 4,8 faiz azalma müşahidə olunub.
Əvəz Həsənov