EN

Millidən kənarda qalan Elvin Cəfərquliyev: “Üzülürəm ki…”

“Əlbəttə, komandamızı çox çətin səfər oyunu gözləyir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin müdafiəçisi Elvin Cəfərquliyev söyləyib.

Bu gün Azərbaycan komandası EFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxacaq.

Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız səfərdə İsveçin qonağı olacaq.

5 turdan sonra 1 xalı olan millimiz qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.

Qrup sonuncusu kimi D Liqasına düşməmək üçün komandamız bu gün səfərdə İsveçə qalib gəlməlidir.

Bu halda belə Azərbaycan millisi öz qrupunda sonuncu olacaq (Estoniya şəxsi oyunda bizdən üstün olduğu üçün), amma xalını 4-ə yüksəltməklə ən yaxşı nəticəyə malik iki qrup sonuncusundan biri olacaq.

Bu isə milli komandaya D liqasına düşməmək üçün həmin liqanın iki qrup ikincisi ilə pley-off matçında iştirak imkanı yaradacaq.

Estoniya ilə ətən görüşdə sarı vərəqə limitini dolduran Elvin bu gün meydanda olmayacaq. İndiki psixoloji durumla qarşıdakı oyunda milli nəyə ümid edəcək?

Onu dinləyək:

“Ağır oyun olacaq. Üzülürəm ki, komanda yoldaşlarımın yanında olmayacam.

Amma inanıram ki, komandamız bu yükü qaldıra biləcək. İçimdə belə bir hiss var. Yenə də yaxşı sonluğa ümid edək”.

Chosen
9
sportinfo.az

1Sources