EN

Millimizin oyununda Erlinq Halanda iki təhlükə

Millətlər Liqasının qrup mərhələsinin ən yaxşı bombardiri son oyun günündə bəlli olacaq.

İdman.biz xəbər verir ki, yarışın ən məhsuldar oyunçuları siyahısına norveçli Erlinq Haland başçılıq etsə də, onun liderliyi təhlükədədir.

7 qol vuran ulduzun ən yaxın izləyicisi Razvan Marin üçün qrup mərhələsi başa çatıb. Halanddan iki top geri qalan Kriştiano Ronaldo ilə Bencamin Şaşko da mərhələdəki göstəricilərini yaxşılaşdıra bilməz.

Lider üçün ən böyük təhlükə isə millimizin oyununda olacaq. Halanddan cəmi iki top geri qalan isveçli Viktor Qyokereş Azərbaycan millisi ilə qarşılaşmaya bombardirlik arzusu ilə çıxacaq. Ona Halanda çatrmaq üçün iki qol lazımdır.

Bombardirlər cədvəlinin ön sıralarında olan daha bir futbolçu Solnada yığmamıza qarşı oynaya bilər. Aktivində 4 qol olan Aleksander İsak da Halandın bombardirliyinə təhlükə yaratmaq gücündədir. Liderə şəriklik üçün ona het-trik lazımdır.

Bu gün 3 qol vuracaq daha bir futbolçu Erlinqə çatmaq imkanına malikdir. Türkiyəli Kərəm Aktürkoğlunun da hesabında 4 top var. O, Monteneqro ilə görüşdə fərqlənməyə çalışacaq.

1. Erlinq Haland (Norveç) – 7
2. Razvan Marin (Rumıniya) - 6
3-5. Kriştiano Ronaldo (Portuqaliya) – 5
Bencamin Şeşko (Sloveniya) – 5
Viktor Qyokereş (İsveç) – 5
6-8. Aleksander İsak (İsveç) – 4
Kərəm Aktürkoğlu (Türkiyə) – 4
İsak Prays (Şimali İrlandiya) – 4

İdman.biz

Chosen
22
idman.biz

1Sources