EN

Xadimə işləyən 70 yaşlı qadının 25 min manatını ələ keçirənlər həbs edilib

İkisi təqaüdçü olmaqla dörd nəfəri piramida şəbəkəsinə cəlb edən “Defanti Team” MMC-nin filial müdiri həbs edilib.

Azpost.info bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Talıbov Fikrət Şakir oğlu barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Belə ki, “Defanti Team” şirkəti Binəqədi rayonu ərazisində yerləşən “Xəzər Plaza”nın 6-cı mərtəbəsində fəaliyyət göstərib.

Fikrət Talıbov müştərilərə söz verib ki, ona verəcəkləri pulu şirkət vasitəsilə Rusiyada yerləşən restoranlara investisiya olaraq qoyacaq. Oradan gələn gəlirdən isə həm müştəri, həm də şirkət hər ay pul qazanacaq.

Bu niyyətlə zərərçəkmişlərin birindən 25 min 840, birindən 11 min, birindən 10 min 200, sonuncudan isə 3 min 400 manat alıb.

Onun əməlindən başqa əziyyət çəkənlərin də olduğu istisna edilmir. Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq davam edir.

Aldanıb 25 mindən çox pulunu itirən zərərçəkmişin 70 yaşı var. Ahıl qadın şəhərdə təmizlikçi işləyir.

Chosen
13
5
azpost.info

5Sources