EN

Ayrılıq xəbəri: Ərdoğan və Baxçalı dostluğu bitirir?

Türkiyə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Prezident Rəcəb Tayyib Ərdoğanla aralarında fikir ayrılığının olması iddiasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, partiya lideri iddianın həqiqəti əks etdirmədiyini deyib.

“Cənab prezidentlə aramızdakı dostluq dialoqunu şübhə altına almaq məqsədilə maska üstünə maska ​​taxanlar daha da hiddətləniblər. Cümhur İttifaqı (AKP-MHP) vətən sevgisi ilə pis niyyətli insanların anlaya və dərk edə bilməyəcəyi şəkildə birləşib. Cümhur İttifaqı Türkiyə Cümhuriyyətidir, türk millətinin özüdür. Gələcəyinizin memarıdır. Prezidentimizlə aramızda heç bir fikir ayrılığı yoxdur”, - Baxçalı vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
12
teleqraf.com

1Sources