EN

320 min dollara Trampsız 4 il – ABŞ vətəndaşları üçün maraqlı təklif + VİDEO

ABŞ-nin Florida ştatında yerləşən “Villa Vie Residences” adlı kruiz şirkəti noyabrın 5-də keçirilən seçkilərdə qalib gələn Donald Trampın prezidentliyi dövründə ABŞ-də yaşamaq istəməyənlərə maraqlı bir səyahət turu təklif edir.

Ulusal.az  xəbər verir ki, tura qoşulan şəxslər “Fast Forward” adlı gəmi ilə 4 il ərzində 140-dan çox ölkəni ziyarət edəcəklər. Gəmidə səyahətin müddəti isə müxtəlifdir. Məsələn, sərnişinlərə – bir illik “Reallıqdan qaçmaq”, 2 illik “Orta müddətli seçim”, 3 illik “Evdən başqa hər yer” və 4 illik “İrəli sıçrayış” paketləri təqdim edilir.

600 sərnişin tutumuna malik gəmidə qiymətlər 1 illik səyahət üçün təxminən 40 min dollardan başlayır. Dörd illik səyahət zamanı tək kabinlər 256 min dollara, iki nəfərlik kabinlər isə 320 min dollara satışa çıxarılır.

Qeyd edək ki, noyabrın 7-də elan olunan bu tura marağın böyük olduğu bildirilir.”AzPolitika.info”


 

Chosen
19
1
moderator.az

2Sources