Almaniyanın Baden-Vürtemberq əyalətinin meşəlik ərazilərdə tapılan çoxlu sayda ölmüş dovşanlarda vəba əlamətləri tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin səhiyyə nazirliyi vətəndaşları vəhşi heyvanlarla təmasdan çəkinməyə çağırıb.
Qeyd edək ki, \"tularami” adlanan bu bakterial infeksiya xüsusilə çöl dovşanları və dovşanlar üçün ölümcül nəticələrə səbəb ola bilər.
Xəstə heyvanlarla birbaşa təmasda və ya tənəffüs yolu ilə insanlara keçə bilən bu ölümcül xəstəlik sağlamlıq üçün ciddi risklər daşıyır.
Cəmalə