EN

Ermənistanla şərti sərhəddə müasir istehkam qurğularının qurulması təklif olunub

"Ermənistanla uzunluğu 500 km olan şərti sərhəd mürəkkəb relyefli ərazidən keçir və sərhəd xəttini möhkəmləndirmək üçün müasir istehkam qurğularının qurulmasına ehtiyac var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin büdcə müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, əsasən yüksəkliklərdə hərbi xidmət keçmək üçün yeni komandolar, hərbi birləşmələrin yaradılması, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ən müasir texnika, texnologiya ilə təmin olunması davam etdirilməlidir.

Anar Kəlbiyev

Chosen
13
unikal.az

1Sources