EN

DSMF-yə və İTSF-yə dövlət büdcəsindən maliyyələşmənin artırılmasının səbəbləri açıqlanıb

Növbəti ildə DSMF-in büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait cari illə müqayisədə 368 mln. manat (29,9%) çox olmaqla 1 milyard 600 mln. manat, İcbari Tibbi Sığorta Fonduna (İTSF) ayrılan vəsait isə 42,4 mln. manat (3,1%) çox olmaqla 1 milyard 410,4 mln. manat nəzərdə tutulub.

FED.az xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi zərfinə rəyində əksini tapıb.

Məlumatlara əsasən, DSMF-ə ayırmaların artımı pensiya ödənişi xərclərinin cari il üçün ölkə üzrə gözlənilən orta aylıq əməkhaqqının artım tempinə, İTSF-ə ayırmaların artımı isə əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və cari ilin sonuna gözlənilən inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi ilə bağlıdır.

Belə ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı cari ilin sonuna gözlənilən 2,7% inflyasiyaya uyğun artırılaraq 124,1 manat müəyyən edilmişdir.

Qeyd edilib ki, növbəti ildə İTSF-ə ayrılması proqnozlaşdırılan 1410,4 mln. manatın 1266,6 mln. manatını əhalinin icbari tibbi sığortalanması ilə bağlı dövlətin payına düşən öhdəliyi təşkil edir. Başqa sözlə, növbəti ildə də İTSF-ə ayrılan vəsaitin tərkibində sığorta məqsədi ilə bağlı olmayan dövlət öhdəliklərinin (səhiyyə sahəsində bir sıra məqsədli tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı xərclər yer almışdır. Bu isə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq icmal büdcənin gəlir və xərclərinin hesablanması zamanı bəzi sualların yaranmasına səbəb olur. Məlumat üçün qeyd edək ki, VBT-yə 2024-cü il 27 iyun tarixli dəyişikliklərlə “İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait” paraqrafına dövlət büdcəsinin vəsaiti hesabına əhalinin icbari tibbi sığortalanması ilə yanaşı, həm də səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər daxil edilmişdir.

Hesablama Palatası tərəfindən keçirilmiş auditlər müvafiq məqsədli tədbirlər üzrə icra edilməyən vəsaitlərin il sonunda dövlət büdcəsinə geri qaytarılmadığını göstərib.

Chosen
8
4
fed.az

5Sources