EN

Gömrük sədrləri COP29-da müzakirə aparacaq

Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl Gömrük: yüksək gömrük rəsmilərinin dialoqu” adlı konfrans keçiriləcək. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, DGK-nın təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrin gömrük xidmətlərinin rəhbərləri və yüksək rəsmiləri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) nümayəndələri iştirak edəcək.

Konfransın məqsədi ətraf mühitin qorunması istiqamətində gömrük orqanlarına aid məsələlər üzrə strateji hədəflər ətrafında müzakirə aparmaq, ÜGT-nin "Yaşıl Gömrük" konsepsiyasına əsaslanaraq gömrük idarəçiliyində ekoloji məsuliyyət və dayanıqlılığı təşviq etmək, ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həlli sahəsində beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Açılış mərasimindən sonra konfransın gündəliyindəki məsələlərlə bağlı panel müzakirələr keçiriləcək.

“Yaşıl Gömrük Təşəbbüsü”, “Dövri İqtisadiyyat və Gömrük” panel müzakirələrində “Dayanıqlı ticarət və ətraf mühitin mühafizəsini təşviq etməkdə gömrüyün rolu”, eləcə də “Malların təkrar emalı, təkrar istifadəsi və bərpası ilə bağlı ticarət tendensiyalarının araşdırılması: Dayanıqlı inkişaf və resursların səmərəliliyi strategiyaları” mövzularında məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Chosen
39
10
sia.az

10Sources