EN

İran və ABŞ bu qərara qarşı çıxdı

İran BMT Baş Assambleyasında ölüm hökmünün dayandırılması ilə bağlı qətnamə layihəsinin əleyhinə səs verib.

Axar.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Səsvermədə 131 ölkə qətnamənin lehinə, 36 ölkə əleyhinə səs verib. 21 ölkə isə bitərəf qalıb.

İranla yanaşı, ABŞ, Çin, Hindistan, Yaponiya, Səudiyyə Ərəbistanı, Pakistan, İraq, Yəmən, Suriya, Qətər və Şimali Koreya da qətnamə layihəsinin əleyhinə səs veriblər.

Qeyd edək ki, 10 oktyabr 2023-cü ildən 2024-cü ilin 10 oktyabrına kimi İranda 811 məhkum edam edilib. Bu, əvvəlki illə müqayisədə 33% çoxdur.

Chosen
30
2
axar.az

3Sources