Hacı Zülfüqar Mikayılzadənin Moskvada həbs edildiyi təsdiqlənib.
Hurriyyet.az xəbər verir ki, Rusiya mediası onun Moskvadan başqa şəhərə təyyarə ilə getmək istəyərkən saxlanıldığını yazıb. Bildirilir ki, o, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.
Onun Azərbaycana ekstradisiya edilib-edilməməsinə Rusiya məhkəməsi qərar verəcək.
Qeyd edək ki, Z.Mikayılzadənin həbs edilməsi xəbərini ötən gün MOUZE Teleqram kanalı yaymışdı.
Axar.az