EN

USQ Bryansk vilayətində Rusiya Müdafiə Nazirliyinin silah arsenalına zərbə endirib

 
"Bu gecə 12 partlayış qeydə alınıb, hədəf rayonunda detonasiya davam edir..."
 
Noyabrın 19-a keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər bölmələri ilə qarşılıqlı əlaqədə Rusiya Müdafiə Nazirliyinin hərbi arsenalına zərbə endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə USQ Baş Qərargahı məlumat verib. Məlumatı "focus.ua" nəşri yayıb.
 
Məlumatda deyilir ki, Rusiyanın Bryansk vilayətinin Karaçev şəhəri rayonunda 1046-cı maddi-texniki təminat mərkəzinin arsenalı məhv edilib. Qeyd edilir ki, bu gecə saat 02:30-da hədəf rayonunda 12 ikincili partlayış və detonasiya qeydə alınıb.
 
"Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün dayandırılması məqsədilə Rusiyanın işğalçı ordusu üçün döyüş sursatları anbarlarının məhv edilməsi davam etdiriləcək", - USQ Baş Qərargahının məlumatında deyilir.
 
Düşmən anbarının məhv edilməsi barədə həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Müqavimət Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.
 
"Bryansk vilayətində Rusiya MN Baş Raket-Artilleriya İdarəsinin 67-ci arsenalına zərbə endirilib. Orada artilleriya döyüş sursatları, o cümlədən idarəedilən aviasiya bombaları, zenit raketlər və yaylım atəşli reaktiv sistemlər üçün döyüş sursatları olub", - o, qeyd edib.
 
Kovalenko əlavə edib ki, bundan öncə də bu anbara dronlarla hücum edilib.
 
Rusiyanın "Astra" Telegram-kanalı anbara zərbənin nəticələrini ıks etdirən videolar və monitorinq kanalları, yerli sakinlər və medianın məlumatlarını dərc edib.
 
Yerli sakinlərinin videosunda parıltı görünür və detonasiya səsləri eşidilir. Onlar bütün gecəni partlayışlar, detonasiya və hərbi bazaya hücum barədə məlumat verib.
 
Yerli hakimiyyət yalnız PUA hücumu barədə məlumat verib. Şəhər qubernatoru səhər saatlarında 8 dronun vurulmasını deyib. Bryansk və Karaçev sakinləri səhər saat 9-da yeni partlayış səsləri barədə məlumat yayıb, nəşr qeyd edib.
Chosen
4
moderator.az

1Sources