EN

İsveç nüvə fəlakətinə hazırlaşır - ATACMS hücumunun əks-sədası

Hurriyyet.az xəbər verir ki, Rusiya ilə Qərbin münasibətlərinin gərginləşməsi fonunda İsveç dövləti öz vətəndaşlarını nüvə müharibəsi ehtimalına hazırlayır. Əhaliyə nüvə hücumu baş verən zaman necə davranmaq lazım olduğu barəsində qaydaların əks olunduğu, "Əgər böhran, yaxud müharibə baş verərsə" adlı 5 milyon ədəd kitabça  paylanıb. Kitabçada həmçinin, təbii fəlakətlərə, kiberhücumlara və terrorçuluğa qarşı müdafiə tədbirləri barəsində məlumat verilib.

Xəbər verdiyimiz kimi, ABŞ-ın icazəsi ilə Ukrayna artıq bu gün Rusiya Federasiyasının ərazilərinə Amerikanın ATACMS raketləri ilə zərbə endirib.

Bu gün həm də Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının - Nüvə gücünün qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiq edib.

Hürr Tərcüman

Швеция

Chosen
16
hurriyyet.az

1Sources