EN

"Əlilliyi olan şəxslər sadə işləri belə yerinə yetirməkdə çətinlik çəkə bilər" - QHT sədri

"Əlilliyin bütün növləri görünən və ya başqaları tərəfindən asanlıqla anlaşılan olmur. Bir çox əlilliyi olan şəxs xroniki xəstəliklər, güclü ağrılar, yorğunluq və ya məhdud fiziki imkanlarla üzləşir ki, bu da hətta sadə işlərin belə yerinə yetirilməsini çətinləşdirir. Məsələn, bir şəxs zahirən sağlam görünə bilər, lakin onun uzun müddət oturmaq, ayaq üstə dayanmaq və ya diqqətini toplamaq bacarığını məhdudlaşdıran xəstəlikləri ola bilər".

Bu sözləri Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilova QHT.az -a açıqlamasında bildirib. Onun sözlərinə görə, bundan əlavə, tibbi prosedurlar, reabilitasiya və həkim nəzarətinə olan daimi ehtiyac əhəmiyyətli vaxt və enerji tələb edir ki, bu da tam işlə məşğul olmaq imkanını məhdudlaşdırır:

"Uzunmüddətli işsizlik və ya iş üçün müraciət zamanı alınan rədd cavabları özünəinamın azalmasına səbəb ola bilər. İnsanlar öz bacarıqlarına şübhə etməyə başlayır, yenidən cəhd etməkdən çəkinir və mümkün uğursuzluqdan güclü stres yaşayırlar. Əgər şəxs ailə və ya cəmiyyətin himayəsinə möhtac olduğunu hiss edirsə, bu, psixoloji təzyiqi daha da artırır".

 

Pərvanə Fərhadqızı

Chosen
14
qht.az

1Sources