EN

Türkiyə Qərbi nüvə münaqişəsi riski ilə bağlı xəbərdar edib

Türkiyə rəsmiləri Qərb dövlətləri ilə əlaqə saxlayaraq mütəmadi olaraq Ukraynadakı vəziyyətlə əlaqədar nüvə gərginliyinin artması riskini artırırlar.

Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə paytaxtındakı adı açıqlanmayan diplomatik mənbə bildirib.

“Əlbəttə ki, nüvə münaqişəsi ilə bağlı narahatlıqlar var, vəziyyət (Ukraynada – redaktorun qeydi) bu risklə (nüvə münaqişəsi – redaktorun qeydi) ciddi narahatlıqlar yaradır”,- o deyib.

Mənbənin sözlərinə görə, Türkiyə rəsmiləri Qərb tərəfdaşları ilə əlaqə saxlayarkən həmişə bu məsələni gündəmə gətirir və mümkün risk barədə xəbərdarlıq edirlər.

//Gülnarə Abasova, Editor.az

 

 

Chosen
23
editor.az

1Sources