EN

Bölgədə neft müharibəsi və nüvə fəlakəti: Ərdoğan qarşısını aldı - Şok bəyanat

Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mustafa Şən prezident Rəcəb Tayyib Ərdoğanın keçən ay bölgədə nüvə, neft və təbii qaz müharibəsi təhlükələrinin qarşısını aldığını bildirib.

Referans.az xəbər verir ki, Mustafa Şən Afyonkarahisarda keçirilən 7-ci İhsaniyyə Adi Qurultayına qatılıb.

O, keçən ay bölgənin nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını bildirib:

“Nüvə müharibəsinin nəticəsi bura çatacaqdı. Bunun qarşısını kim aldı? Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyə. Amma sonra yenə neft və təbii qaz müharibəsi. Ərdoğan bunun da öhdəsindən gəldi və qarşısını aldı. Bizim belə bir liderimiz var. Zəmanətimiz qardaş kimi olmağımızdır. Bizim sirrimiz budur”. /publika.az

Chosen
51
50
referans.az

10Sources