EN

Çin kəşfiyyatından XƏBƏRDARLIQ: “Təhlükəsizlik kameraları…”

Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi ölkədəki qapalı dövrəli təhlükəsizlik kameralarının xarici kəşfiyyat təşkilatları tərəfindən ələ keçirilə biləcəyini qeyd edib.

Busaat.az xarici mediaya istinadla xəbər verir ki, qurum vətəndaşlarına həssas nöqtələri göstərməmələri və şəbəkə təhlükəsizliyi ilə bağlı diqqətli olmaları barədə xəbərdarlıq edib.

Həmçinin məlumatda qeyd edilib ki,  kameralar sisteminin yüksək məxfilik səviyyəsi ilə bir çox həssas məqamları göstərir, bu da xarici casusların dövlət sirrini əldə etmək üçün bu cür sistemlərə sıza biləcəyinin xəbərçisidir.

Bəyanatda videomüşahidə sistemlərinin ictimai təhlükəsizliyin qorunması və sosial idarəçiliyin gücləndirilməsi üçün dəyərli texnoloji imkan olduğu, eyni zamanda bərabərliyin və ədalətin təmin edilməsində mühüm funksiyanı yerinə yetirdiyi vurğulanıb. Bakıvaxtı.az

Chosen
8
busaat.az

1Sources