EN

ABŞ Ədliyyə Nazirliyi “Google”dan “Chrome”u satmağı tələb edəcək – “Bloomberg”


ABŞ Ədliyyə Nazirliyi texnologiya nəhəngi “Google”un sahibi olan “Alphabet” korporasiyasından antiinhisar tədbirləri çərçivəsində “Chrome” brauzerini satmağı məhkəmədən tələb etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat verib.
Mənbələrin bildirdiyinə görə, antiinhisar tədbirləri arasında süni intellektlə (AI) bağlı addımlar da var.
“Bloomberg”in qeyd etdiyi kimi, rəsmilər korporasiyanı “Android”i satmağa məcbur etmək kimi daha sərt variantdan imtina ediblər.
Agentliyin qeyd etdiyi kimi, Ədliyyə Nazirliyi brauzeri satmaq istəyir, çünki o, “Google” axtarış sisteminə daxil olmağın əsas yollarından birini təmsil edir. Belə ki, “StatCounter” veb-trafik təhlili xidmətinin məlumatına görə, “Chrome” ABŞ-də 61% bazar payına malikdir.
“Google” nümayəndələrinin fikrincə, bu cür təkliflərun təkcə tərtibatçılara yox, istifadəçilərə də zərər verəcək.
Qeyd edək ki, avqustun 5-də Kolumbiya Dairəsi Federal Məhkəməsi “Google”un axtarış sistemləri və internetdə reklam sahəsində inhisarını saxlamaq üçün bazar gücündən sui-istifadə etdiyi barədə qərar çıxarıb.
Məhkəmə qərara alıb ki, “Google” elektronika istehsalçısı “Apple”lə müqavilə bağlayaraq, internet axtarış bazarının təxminən 90%-ni rəqibləri üçün bloklayıb.
Chosen
22
32
yeniavaz.com

10Sources