EN

Trampın hakimiyyətini görmək istəməyənlərə maraqlı təklif

Kruiz şirkəti Kamala Harrisi geridə qoyaraq seçkilərdə qalib gələn Donald Trampın prezidentliyi dövründə ABŞ-da yaşamaq istəməyənlərə “Fast Forward” adlı 4 illik kruiz gəmi turu xidməti təqdim edəcək. Trampsız 4 ilin qiyməti 320 min dollara qədərdir.

News24.az xəbər verir ki, dünya turuna “Villa Vie Odyssey”də bir illik “Reallıqdan qaçış” kruiz, 2 illik “Orta müddətli seçim” seçimi, 3 illik “Evdən başqa hər yerdə” seçimi və 4 illik “İrəliyə atla” kruizinə müxtəlif uzunmüddətli yaşayış yerləri təklif edilib.

Qiymətlər 1 illik səyahət üçün təxminən 40 min dollardan başlayır. Dörd illik səyahət zamanı tək kabinlər 256 min dollara, ikiqat kabinlər isə 320 min dollarasatışa çıxarılır.

Təxminən 600 sərnişin tutumlu “Villa Vie Odyssey” 15 illik dünya turunun ikinci ayına girib. Lakin gəmi daha əvvəl gözlənilməz təmirə görə Şimali İrlandiyanın paytaxtı Belfastda 4 ay ərzində sərnişinlərlə köməksiz qalmışdı. May ayında 3 illik dünya turu üçün Belfastdan ayrılmağı planlaşdıran gəmi keçən ayın əvvəlində dənizə çıxa bilib.

Aynurə



Chosen
17
news24.az

1Sources