EN

Əvvəl bədəni, sonra da başı tapıldı - FOTO


Türkiyənin Dənizli bölgəsindəki Tripolis antik şəhərində aparılan qazıntılar zamanı eramızın 4-cü əsrinə aid olan heykəlin baş hissəsi tapılıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ərsoy sosial media hesabında bildirib.

O, paylaşımda Dənizlidə aparılan qazıntılar zamanı yeni bir tapıntının üzə çıxdığını bildirib. Antonius Pilagros adlı dövlət idarəçisinə məxsus olan bu heykəlin bədən hissəsi 2018-ci ildə tapılıb və Dənizli Hierapolis Arxeologiya Muzeyində saxlanılır.

Lalə, BakuPost


Chosen
22
bakupost.az

1Sources