EN

Vahid Sağlamlıq yanaşması: COP29-da dəyirmi masa keçirilir

Noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilir. 

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Səhiyyə Nazirliyinin (SN), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbər vəzifəli şəxsləri iştirak edirlər.

Yüksəksəviyyəli dəyirmi masa çərçivəsində “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması”, “Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzularında sessiyalar keçiriləcək.

Daha sonra “Vahid Sağlamlıq Konfransı” çərçivəsində isə mövzuya uyğun təqdimatlar olacaq.

Chosen
14
3
bakivaxti.az

4Sources