EN

Rusiya “Google”u cərimələdi

Fins.az - Rusiyada məhkəmə “Google”u 3,8 milyon rubl (təxminən 38 min dollar) cərimələyib.

Mlumata görə, “Google”a qarşı açılan işə paytaxt Moskvada baxılıb. Məhkəmə bəzi qadağan olunmuş məzmunlara girişin bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və “Google”u 3,8 milyon rubl məbləğində cərimə ödəməyə məcbur edib.

Qeyd edək ki, Rusiya daha əvvəl oxşar səbəblərə görə  ''Apple'', ''TikTok'' və ''Telegram'' kimi müxtəlif xarici platformaları da cərimələnmişdi.

Chosen
8
fins.az

1Sources