“Düşünürəm ki, liqanın ilk 3 oyununda 3 qələbə qazanmalı idik".
Apasport.az xəbər verir ki, bunu NTD komandasının basketbolçusu Daniel Mudi klubun mətbuat xidmətinə açıqlamasında deyib:
"İki oyunda biz özümüz özümüzə məğlub olduq. Əslində, 3-0 olmalı idi. Müdafiədəki səhvlərimiz və qeyri-dəqiq atışlarımız məğlubiyyətlərə səbəb oldu.
İndi məşqlərimiz davam edir. Biz artıq bir müddətdir hazırlaşırıq, buna görə qarşıdakı oyunlarda kobud səhvlər olmamalıdır. Əgər meydançada öz gücümüzü göstərə bilsək, qələbələri qazanacağıq.
NTD-yə keçid mənim üçün böyük bir fürsət idi, ona görə də bu klubu seçdim. Bu mövsüm üçün əsas məqsədlərimiz play-off-a çıxmaq və çempionluq titulunu qazanmaqdır. Komanda olaraq bunları etsək, şəxsi məqsədlərim də reallaşacaq. Azərbaycan basketbol liqasında "4+1" limiti var. Ümumilikdə vəziyyət kifayət qədər yaxşıdır və düşünürəm ki, liqa hər il daha da inkişaf edəcək”.
“Ordu” yoxlama matçı keçirəcək
“Neftçi”də iki yeni legioner - RƏSMİ
"Sumqayıt"ın legioneri: "Yeməklərinizi çox bəyənirəm" - Açıqlama
“Neftçi”də kütləvi ayrılıq - 4 legioner komandadan göndərildi
Millimizin mediaya açıq məşqi keçiriləcək