EN

"Fənərbaxça" bu futbolçunu istəyir

"Fənərbaxça" qış transfer pəncərəsində heyətini gücləndirmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu sol cinah müdafiəçisi transferi üçün rotasını Belçikaya çevirib.

"Fənərbaxça" "Gent" forması geyinən Arçi Brovn ilə maraqlanır.

Artıq 22 yaşlı futbolçu üçün ilkin təmaslar qurulub.

İngilis futbolçunun 30 iyun 2027-ci ilə qədər müqaviləsinin davam etməsi "Gent"in əlini gücləndirir.

Ancaq "Fənərbaxça" Belçika klubunu razı salmaq üçün çalışacaq.

İngilis oyunçu bu mövsüm "Gent" ilə çıxdığı 22 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
13
operativmm.az

1Sources