EN

Cənubi Koreyadan "Telegram"la bağlı AÇIQLAMA

Cənubi Koreya Rabitə Komissiyası (KCC) son vaxtlar ölkə gündəmində olan \"deepfake” hadisələri səbəbilə edilən müraciətə görə Telegramın atdığı addımlarla bağlı açıqlama verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, açıqlamada Telegram-ın Cənubi Koreyanın tələbi ilə e-poçt zəng mərkəzi qurduğu və qeyri-qanuni və müəllif hüquqlarını pozan məzmunun yayılmasına qarşı addımlar atacağı bildirilib.

Cənubi Koreyada məktəblər və universitetlərlə əlaqəli bəzi söhbət qruplarında, əksəriyyəti qadın və qızlardan ibarət bir çox qurbanın \"deepfake\" adlı üsulla manipulyasiya edilən səsləri və şəkillərini ehtiva edən \"seksual məzmunlu\" videoların yayıldığı müəyyən edilib.

Milli İstintaq İdarəsinin rəhbəri Woo Jong-soo bu görüntülərin yayıldığı Telegram-a qarşı \"cinayətə rəvac vermə\" səbəbi ilə ilkin istintaq açıldığını açıqlayıb.
 
Günel
Chosen
9
azxeber.com

1Sources