EN

COP29-da BÖYÜK UĞUR: “Ermənipərəst qurumların təbliğatları özünü doğrultmadı”

“COP29 tədbiri Azərbaycanda çox uğurla həyata keçirilir. Təbii ki, burada müxtəlif iclaslar, görüşlər baş tutur. Bundan əlavə, iqlim maliyyəsi üzrə razılığın əldə olunması məsələsi də öz aktuallığını qoruyub-saxlayır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, maliyyə problemi çox ciddi bir məsələdir:

“Hələ ki COP29-da iqlim maliyyəsi üzrə razılığın əldə olunması məsələsi öz həllini tapmayıb, amma bu maliyyənin 1/3 hissəsini ABŞ-nin payına atmaq fikirləri öz əksini tapıb. Lakin ABŞ-nin özünəməxsus siyasəti bunun qarşısını alır. Çünki hələ Donald Tramp bundan əvvəlki prezidentliyi dövründə Paris İqlim Sazişini rədd etmişdi. Təbii ki, bir çox məslə öz həllini tapacaq, amma maliyyə məsələsinin öz həllini tapması sual altındadır”.

Deputat ermənipərəst qurumların COP29 tədbirinin əleyhinə olan çıxışlardan da söz açıb:

“Digər bir tərəfdən, COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə olanlar da az deyildi. Bir çox ermənipərəst qurumlar müxtəlif təbliğatlarla COP29 tədbirinin Azərbaycanda keçirilməsinin qarşısını almaq istəyirdilər. Fəqət, bu təbliğatların hamısı boş-boş addımlar idi və heç biri özünü doğrultmadı. Azərbaycan COP29-a uğurla davam edir. Artıq bu yaxın günlərdə bu tədbir başa çatacaq. İnanırıq ki, burada iştirak edən qonaqlar da Azərbaycandan məmnun qalıb və bu məmnunluğu öz ölkələrində də hər kəsə danışacaqlar”.

Mayıl Soltanov

Chosen
40
yenicag.az

1Sources