EN

Bu barədə NATO ölkələri müstəqil qərar qəbul edir - Rutte

NATO ölkələri Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün silah istifadəsinə qoyulan məhdudiyyətləri götürüb-götürməmək barədə müstəqil qərar qəbul edir.

Axar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

"Fərdi müttəfiqlər nə edəcəyinə özləri qərar verə bilərlər. Müttəfiqlərin nə etməli olduğunu deməyəcəyəm", - Rutte bildirib.

Rutte həmçinin qeyd edib ki, AB müdafiə nazirlərinin görüşündə Ukraynaya yardımın artırılması məsələsi müzakirə olunacaq:

"Biz Ukraynaya qalib gəlməyə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik: daha çox kömək, daha çox pul".

Chosen
23
1
axar.az

2Sources