EN

Elməddin Muradlı: Cəriməni artırmağa ehtiyac yoxdur

100 manat və 2 ballıq cərimə kifayət qədər effekt verdi

Bakıda ictimai nəqliyyatın effektivliyini artırmaq və yollarda hərəkəti tənzimləmək məqsədilə avtobuslar üçün xüsusi zolaqlar ayrılıb.
bu zolaqlar əsasən avtobusların hərəkətini sürətləndirmək və sərnişinlərin vaxtında çatdırılmasını təmin etmək üçün nəzərdə tutulub.
"Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinə əsasən 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 ("BUS" yazısı) nişanlanması ilə işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, digər nəqliyyat vasitələrinin bu zolağa bütün hallarda daxil olması qadağandır.
Lakin istisnalar var:
1. Əgər zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa , başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhal da hərəkətə başlayıb zolağı tərk etmək olar.
2. Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etmək olar.
Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır".
İdarənin inspektoru əlavə etdi ki, bəzi küçələrdə qadağa yalnız günün müəyyən saatlarında qüvvədədir:
"Hansı ərazidə, küçədə qoyulmuş nişanda saat qeyd edilibsə, həmin yerdə qadağa yalnız həmin saatlarda qüvvədədir. Hazırda quraşdırılan nişanlarda avtobus zolağına giriş səhər saat 07:00-10:00 və saat 17:00-20:00-da qadağandır. Saatın qeyd edildiyi nişanlar olmayan küçələrdə qadağa bütün gün üçün qüvvədədir.
Xatırladaq ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır".

Bəzi iddialar var ki, bu qaydalar daha da sərtləşdiriləcək. Maraqlıdır bəs sərtləşdirilmə hansı istiqamətlərdə olacaq? 

Bununla bağlı “Sherg.az”a danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı  bildirib ki, İnzibati Xətalar Məcəlləsinə hər hansı əlavə dəyişikliyin olmasına və dəyişiklik olacağı mövzusuna da rast gəlməyib: 

 “Fikrimcə 100 manat və 2 ballıq cərimə kifayət qədər effekt verdi. Bu cəriməni artırmağa ehtiyac yoxdur. Ümumiyyətlə cərimə o halda artırılar ki, zolağa girənlər daha çox olsun və ya cərimə artırılandan sonra əks effekt müşahidə edilsin. Lakin biz əks effekt müşahidə etmədik. Əksinə artıq müsbət çalarlar var. Yəni avtobus zolağına çox nadir hallarda hansısa sürücünün daxil olduğunu görürük. Bu isə həmin yoldan tez - tez istifadə edən sürücülər olur. Onlar bilirlər ki, yolun neçə metrliyində kamera var, hansı bucaqdan çəkir. Həmçinin həmin yoldan bər-bəzəkli nömrələrlə xüsusi avtomobilləri olan şəxslər istifadə edir. Digər tərəfdən pulu çox olan insanlar var ki, bala görə artıq avtobus yoluna girməni azaldıblar. Yəni balın qorxusundan həmin yola girmirlər. Belə bir vəziyyət müşahidə edildiyi üçün cərimənin artırılmasını lüzum görmürəm”.
Chosen
40
1
sherg.az

2Sources