EN

Qambiyanın Ekologiya nazirinin Azərbaycanla bağlı TƏSSÜRATLARI

COP29 konfransı üçün Azərbaycana dövlət rəsmilərinin gəlişi davam edir. Müxtəlif ölkələrin nazirləri konfransda ölkələrinin iqlim məsələlərinə diqqət çəkmək üçün iştirak edirlər.

Onlardan biri də iqlim dəyişimindən zərər görmüş Qambiyanın Ekologiya naziri Rohey John Bizim.Media-ya konfransdan gözləntilərindən danışıb.

"COP29 iqlim maliyyəsi üçün əsas tədbir kimi müəyyən edilib. Biz deyirik ki, imkanları olan ölkələr üçün konkret, nəzarət olunan, yaxşı tərtib edilmiş mexanizm, həmçinin maliyyə miqdarı və həmin vəsaitə çıxış üçün mexanizm müəyyənləşdirək. Eyni zamanda, investisiya mexanizminin maliyyə strukturuna daxil edilməsi ilə razılaşmırıq. Deyirik ki, investisiya mexanizmləri ayrı-ayrı ölkə səviyyələrində tətbiq olunsun və qlobal səviyyədə isə ictimai maliyyə strukturlarına əsaslansın".

Nazir həmçinin Azərbaycanla bağlı olan təəssüratlarını da bölüşüb:

"Çox gözəl binalar gördük, insanlar mehribandır, hər kəs gülərüzdür. Gördüyümüz odur ki, hamı mehribandır və yardım etməyə hazırdır. Komandamızla birlikdə çox məmnunuq və hər şeyin yüksək səviyyədə təşkil olunduğunu görməkdən çox şadıq".

Nuray, Bizim.Media

Chosen
22
bizim.media

1Sources