EN

Aİ müşahidəçiləri sərhədlərimizi niyə tərk etmir? - Aİ-nin səfirindən açıqlama

Ötən ilin dekabrında Avropa İttifaqı Ermənistandakı mülki monitorinq missiyasının sayını 138-dən 209 nəfərə artırmağa qərar verdi. Rəsmi Bakı qurumun bu qərarını tənqid etdi və bu addımı mandatın sayının "özbaşına genişləndirilməsi" adlandırdı. Çünki, Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" sərhəddə yerləşdikləri gündən ermənilərin təxribat xarakterli hərəkətlərində bir canlanma hiss olunurdu.

Məsələn, 8 oktyabrda Aİ "müşahidəçiləri"nin erməni hərbçilərlə birgə sərhəd "reydləri"ni Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.
Aİ bu misssiya ilə bir daha nümayiş etdirdi ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.

Bu ilin oktyabrında erməni mediası yazdı ki, Ermənistan, Azərbaycanın növbəti tələbini yerinə yetirmək məcburiyyətindədir. Beləki, Azərbaycan tələb edib ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin uzadılması dayandırılsın. Ermənistanın isə bu tələbi həyata keçirmək niyyətində olduğunu erməni mediası qəzəblə yazırdı.


Adalet.az xəbər verir ki, Avropa İttifaqının səfiri Vasilis Maraqos məsələ ilə bağlı fikir bildirib. O "hələlik yekun qərar yoxdur"deyib. Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiya başa çatdıqdan sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmayacağına hələlik aydınlıq gətirməyib. Maraqos rəsmi İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib:“Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”, - Aİ-nin Ermənistandakı səfiri bildirib.

 Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yexeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir.

 Əntiqə Rəşid

Chosen
18
4
adalet.az

5Sources