EN

İsrailin maliyyə naziri HƏMAS-ı hədələyib

İsrail HƏMAS-a ultimatum verməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç bildirib.

O qeyd edib ki, HƏMAS tərəfindən oğurlanan girovları geri qaytarmaq üçün İsrail ordusu Qəzza zolağının bütün şimal hissəsini işğal etməlidir.

"İsrail HƏMAS-a məlumat verməlidir ki, girovlar geri qayıtmasalar, biz öz suverenliyimizi həyata keçirəcəyik və orada əbədi qalacağıq", - Smotriç bildirib.

Chosen
13
operativmm.az

1Sources