EN

Xərcləri ikiqat artırmalı olacaqlar - "Bloomberg" Avropanın müdafiə xərclərini açıqlayıb

Avropanın əsas ölkələri Rusiyanın Ukraynadakı təcavüzünə, həmçinin Donald Trampın prezidentliyi dövründə ABŞ dəstəyinin mümkün azalmasına qarşılıq müdafiə xərclərini ikiqat artırmalı ola bilər.

"AzPolitika" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Avropanın ən böyük 15 NATO üzvü ölkəsi gələn il üçün hərbi xərclərini 340 milyard dollar artıraraq 720 milyard dollara çatdırmalı olacaqlar.

Qeyd olunub ki, Ukraynanı dəstəkləmək, Moskvanın aqressiv regional mövqeyinə qarşı çıxmaq və Çinlə dərinləşən strateji rəqabətə davam gətirə bilmək üçün Avropa ölkələrindən daha çox şey tələb oluna bilər. Bildirilib ki, Avropanın təcili olaraq quru qoşunları üçün döyüş tanklarına, artilleriya qurğularına və piyada döyüş maşınlarına, həmçinin tankerlər, yükdaşıyanlar və sualtı ovçular kimi dəstək təyyarələrinə ehtiyacı var.

"AzPolitika.info"

Chosen
17
azpolitika.info

1Sources