EN

Stress dərini qocaldır

Alimlər stressin dərinin qocalmasını necə sürətləndirdiyini kəşf ediblər.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Cosmetic Dermatology" jurnalında dərc olunub.

Belə ki, tədqiqatda sağlam həyat tərzi sürən, yəni siqaret çəkməyən, spirtli içkilərdən istifadə etməyən, yuxu rejiminə əməl edən 35-55 yaşlı 36 qadın iştirak edib.

İştirakçıların stress səviyyəsi xüsusi anket vasitəsilə müəyyən edilib. Nəticələri aldıqdan sonra onlar yüngül və orta səviyyədə stress keçirənlər olaraq iki qrupa bölünüblər.

Dəri xəstəliklərinin diaqnostikası üçün müasir metodlardan, o cümlədən FRAP analizi (antioksidant müdafiənin qiymətləndirilməsi), üçölçülü mikrorelyef təsviri və transepidermal su itkisinin ölçülməsindən istifadə edilib.

Qeyd olunub ki, orta səviyyədə stress keçirən qadınlarda dəri hüceyrələrində oksidləşmə prosesləri daha sürətli baş verir. Həmçinin, ikinci qrupdan olan iştirakçılar daha tez-tez dərinin dehidrasiyası və incə qırışların sayının üçdə bir artması ilə qarşılaşırlar.

Nəticələr göstərib ki, stress hormonları hüceyrələrin DNT-sini zədələyir, onların regenerasiyasını ləngidir və I və III tip kollagenin istehsalını azaldır. Bundan əlavə, stress dərinin nəmləndirilməsində və elastikliyində əsas rol oynayan hialuron turşusunun (HAS2 və CD44) sintezindən məsul olan genlərə mənfi təsir göstərir.

Mina Mikayılova

Chosen
15
bakivaxti.az

1Sources