EN

Azərbaycan etibarlı iqlim maliyyələşdirilməsi sistemi yaratmağa çalışır

Bakı. Trend:

Azərbaycan beynəlxalq tərəfdaşlarla birgə etibarlı iqlimmaliyyələşdirilməsi sistemi yaratmaq məqsədini qarşısına qoyub.

Trend xəbər verir ki, bunuAzərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin ZeynalovCOP29 çərçivəsində keçirilən "Aqrar-ərzaq sisteminintransformasiyasının maliyyələşdirilməsi" mövzusunda panelmüzakirəsində bildirib.

"Bizim üçün iqlim maliyyələşdirilməsi yalnız vəsait demək deyil.Bu, əhalimizin ərzaqla təmin edilməsi və kənd icmaları üçün dahayaxşı imkanların yaradılmasıdır. Dayanıqlı kənd təsərrüfatınainvestisiya qoymaqla biz təbii resurslarımızı qoruyur və hamı üçündavamlı gələcək qururuq.

Biz başa düşürük ki, təkcə maliyyələşdirmə kifayət deyil.Tərəfdaşlıqlar, biliklər və ümumi sadiqlik də vacibdir. Beynəlxalqtərəfdaşlarımızla birgə biz fermerlərimizi həqiqətən dəstəkləyəbiləcək etibarlı iqlim maliyyələşdirilməsi sistemi yaratmağaçalışırıq. Milli siyasətlərimizi qlobal iqlim maliyyələşdirilməsimexanizmləri ilə uyğunlaşdıraraq, həm dövlət, həm də özəl kapitalısəfərbər edərək fermerlərimizin iqlim dəyişikliyinə uyğunlaşmaproblemlərini həll edə bilərik", - deyə E.Zeynalov vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
56
az.trend.az

1Sources