EN

COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə həyata keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə “Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi” layihəsi keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından məlumat verilib. Bildirilib ki, 5 gün müddətində həyata keçirilən layihənin ilk günü Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və layihələr üzrə meneceri Ramilə El-oğlu müəllimlərə proqram haqqında məlumat verib. Daha sonra Tyantszin Xarici Tədqiqatlar Universitetinin əməkdaşı Li Xiang tərəfindən “Yaşıl məktəblərin qurulması üzrə dialoq” mövzusunda görüş və qrup işləri keçirib. Günün ikinci yarısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının koordinatoru Linpeng Chubin tərəfindən “Ali təhsil müəssisələrində yaşıl təhsilin transformasiyasını və təkmilləşdirilməsini təşviq etmək metodlar” mövzusunda keçirilən təlim ilə yekunlaşıb.

Layihənin 2-ci gününün ilk təlimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının gənclər təşkilatlarının rəsmi üzvü Zhu Danfeng tərəfindən “Qeyri-maddi mədəni irs və qlobal iqlim cəhdləri” mövzusunda olub. Daha sonra Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və təlimçi Nəzrin Süleymanova tərəfindən “Komanda daxilində işin təşkili” mövzusunda təlim təşkil edilib, davamında isə qrup işləri keçirilib. Layihənin 3-cü təlimi isə təhsildə ekoloji yanaşmalar sahəsində təlimçi Nərgiz Əliyeva tərəfindən “Ətraf mühitin çirklənməsi və təhsil müəssisələrinin bu istiqamətdə ata biləcəyi addımlar” mövzusunda olub.

Qeyd edək ki, layihənin 3-cü gününün ilk təlimi Nuranə Məmmədova tərəfindən “Yaşıl məktəbə doğru: hər məktəbdəki boşluqların və potensialın aşkar edilməsi” mövzusunda keçirilib. Daha sonra təlimin vörkşopu baş tutub. Həmin gün Yaşıl Zonada Milli QHT Pavilyonunda “Gənclər və texnologiya tərəfindən iqlim hərəkati” mövzusunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Nura Hamlaji, İqlim Bağları Təşəbbüsünün həmtəsisçisi və baş direktoru Sean Kidney və müxtəlif ekspertlər tərəfindən sessiya baş tutub və bununla da gün yekunlaşıb.

Layihənin son günləri təlimçi Nuranə Məmmədova tərəfindən “Layihə ideyalarının dizaynı və komandaların formalaşması”, “Problemin həllə çevrilməsi”, “Layihə təkliflərinin yekunlaşması”, “Qiymətləndirmə və növbəti addımların planlanması” mövzusunda təlimlər keçirilib, davamında isə müəllimlərin hazırladıqları layihələrinin təqdimatları ekspertlər tərəfindən dinlənilib. Sonda AGMA-nın əməkdaşları müəllimləri sertifikatla təltif ediblər.

Chosen
26
4
tehsil.biz

5Sources