EN

Azərbaycan ilə Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin təhsil naziri Yusuf Tekin ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı iki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirə aparılıb.

 

Chosen
16
2
tehsil.biz

3Sources