EN

Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki?

İpoteka kreditlərini güzəştli alanlar var.

Aktual.az  APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, bənna, dərzi, bərbər, malyar və digərləri güzəştli ipotekadan məhrumdur:

"Onlar niyə bundan məhrum olmalıdır? Əgər onlar yerlərdə güzəştli ipoteka ilə ev ala bilsə, regionlarda qalar. Əfqanıstan müharibəsi veteranlar var, 8500 nəfər Əfqanıstanda döyüşüb. Sonra onlardan bir neçəsi Qarabağda da döyüşüb. Güzəştlərə Çenobıl, I və II Qarabağ müharibəsi iştirakçıları salınıb, amma Əfqanıstanda döyüşənlər bura daxil edilməyib. Əfqanıstanda döyüşənlərdən 3000-i ölüb. Onlar da Əfqanıstanda döyüşüb də, ora at sürməyə getməyiblər ki?!"

Chosen
8
14
ulusum.az

10Sources