EN

Rusiyaya ilk dəfə ATACMS ilə zərbələr endirdilər

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Bryansk vilayətinə 6 ATACMS raketi ilə hücum edib. 

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna qoşunları Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyekti vurub. Hədəf uğurla məhv edilib:

"Karaçev Rusiyanın Bryansk şəhəri yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir. 2024-cü il noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Müdafiə Nazirliyinin Karaçevdəki arsenalına hücum edib. Gecə saat 02.30-a olan məlumata görə, hədəf bölgədə 12 ikinci dərəcəli partlayış və partlama qeydə alınıb".

Qeyd edək ki, ABŞ Prezidenti Bayden Ukraynaya Rusiyanın dərinliklərinə 300 km mənzilli ATACMS raketləri ilə zərbə endirməyə icazə verib.

Nərmin
Milli.Az

Chosen
40
6
milli.az

7Sources