EN

Qətər COP29-da 2030-cu ilə qədər emissiyaların azaldılmasına dair strategiyasını açıqladı

Bakı. Trend:

İqlim dəyişiklikləri inkişaf etməkdə olan ölkələr üçün ən ciddiproblemlərdən biri olaraq qalır.

Trend xəbər verir ki, bunuQətərin ətraf mühit və iqlim dəyişikliyi naziri Abdullah Abdulazizbin Turki Əl-Subaye Bakıda keçirilən COP29 sammitində millibəyanatla çıxışı zamanı bildirib.

"İqlim dəyişiklikləri dünyanın, xüsusilə də inkişaf etməkdə olanölkələrin üzləşdiyi ən ciddi problemlərdən biri olaraq qalır. Busəbəbdən, biz inkişaf etmiş ölkələri öz öhdəliklərini yerinəyetirməyə çağırırıq", - deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, Qətərin iqlim dəyişiklikləri ilə mübarizəyəyanaşması 2030-cu il Milli Görüşündə təsbit olunub və burada ətrafmühitin qorunması əsas yer tutur.

O, 2021-ci ilə aid hesabatı təqdim edərək, gələcək strategiyalarbarədə məlumat verib.

"Bizim Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyimiz2024-2030-cu illəri əhatə edən strategiya hazırlayıb. Bu strategiyadavamlı və balanslaşdırılmış ətraf mühitin təmin edilməsinəyönəlib. Strategiyada 2030-cu ilə qədər istixana qazıemissiyalarını 25 faiz azaltmaq və institutlar və icmalar arasındaəməkdaşlığı gücləndirmək məqsədləri yer alır", - deyə nazirbildirib.

Strategiyalar arasında iqlim dəyişiklikləri ilə mübarizə üzrəMilli Fəaliyyət Planı, emissiyaların azaldılması və uyğunlaşmatədbirləri, həmçinin, irəliləyişin izlənməsi və problemlərinmüəyyən edilməsi üçün idarəetmə mexanizmləri var.

Nazir əlavə edib ki, Qətər bərpa olunan enerji mənbələrinəyatırımları artırır. Milli Bərpa Olunan Enerji Strategiyasıçərçivəsində 2030-cu ilə qədər təmiz enerjinin enerji balansındakıpayını 30 faizə çatdırmaq hədəflənir. Günəş enerjisi və enerjisəmərəliliyinin artırılması üzrə proqramlarda ciddi irəliləyiş əldəolunub.

"Beynəlxalq arenada biz yüksək effektivlikli mayeləşdirilmiştəbii qaz (LNG) vasitəsilə qlobal bazarlara təmiz enerji tədarükünüdavam etdiririk. Bu, aşağı karbonlu enerji üçün etibarlı mənbədir",- deyə nazir vurğulayıb.

Davamlı nəqliyyat sahəsində də əhəmiyyətli uğurlar əldə olunub.Doha metrosu, Lusail tramvayı və elektrik avtobuslarının istifadəyəverilməsi ilə ictimai nəqliyyat parkının 70 faizdən çoxu ekolojitəmiz nəqliyyat vasitələrindən ibarətdir. Qətərin davamlı inkişafaolan sadiqliyi FIFA 2022 futbol üzrə ilk karbon neytral dünyaçempionatında da nümayiş etdirilib.

Nazir Qətərin Paris Sazişinə olan sadiqliyini təsdiqləyərəkbeynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

"Biz Paris Sazişinə olan sadiqliyimizi təsdiqləyirik və iqlimdəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq səyləridəstəkləməyə davam edəcəyik", - deyə o, çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
26
1
az.trend.az

2Sources