EN

Şagirdi ilə cinsi əlaqədə olan müəllim həbs olundu

ABŞ-da müəllimə şagirdi ilə cinsi əlaqədə olduğu üçün əsl həbs cəzası alıb.

Bakuinfo.net xarici KİV-ə istinadla bildirir ki, Şimali Karolinadan olan müəllimə 27 yaşlı Qabriela Noyfeld ilə 18 yaşlı tələbəsi arasında yaxın münasibət 2023-cü ilin noyabr ayının sonunda məlum olub. Bu zaman orta məktəb şagirdinin ailəsi izləmə proqramından istifadə edib.

Ana qeyd olunan yerə gəlib və oğlunu müəlliminin avtomobilində tapıb. Tələbənin anası dərhal polisə müraciət edib və Noyfeld hadisə yerində saxlanılıb.

Sonradan məlum olub ki, şagirdlə müəllim arasında münasibət ən azı bir ay davam edib. Bir il sonra qadın günahını etiraf edib və məhkəmənin qərarına əsasən, o, 6 aydan 1 il 5 aya qədər həbs cəzası alıb. Həbs olunduqdan sonra Noyfeld üç il sınaq müddətində olacaq və daha azyaşlılarla işləyə bilməyəcək.

Chosen
9
bakuinfo.net

1Sources