EN

Dünyanın ekoloji problemlərinin həllinə çalışılan bir tədbirdə geosiyasi qarşıdurma amilləri rol almalı deyildi


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinə bəzi ölkə və hökumət rəhbərlərinin qatılmaması belə bir iddiaya səbəb olub ki, COP29 sammiti o qədər də uğurlu olmayıb.

Newscenter.az xəbər verir ki, ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov isə bu iddiaları rədd edir. Onun sözlərinə görə, tədbirə bir sıra ölkələrin rəhbərlərinin hansısa səbəbdən qatılmaması onların öz işləridir:

"Burada geosiyasi qarşıdurma amilləri rol oynayır ki, bunda da Azərbaycan günahkar deyil. Amma dünyanın ekoloji problemlərinin həllinə çalışılan bir tədbirdə geosiyasi qarşıdurma amilləri rol almalı deyildi. Dünya məhv olandan sonra həmin geosiyasi qarşıdurma da yox olacaqdır. Ona görə də Azərbaycanın COP29 tədbirinə ev sahiblərinin səviyyəsi onu deməyə əsas verir ki, tədbir uğurla təşkil olunub. Nəticələrin nə olacağı isə ümid edirik ki, istənilən və nəzərdə tutulan kimi olacaq. On günlük tədbir keçirməklə yüz illərlə çirkləndirilən və fəlakətə sürüklənən dünyanın gələcəyinə nə qədər töhfə vermək olarsa, hesab edirəm ki, o qədər uğur əldə ediləcək, xüsusən də, belə bir məqamda bunu başa düşməyən ölkə və insanlar olduğu halda".

Süleyman
Chosen
49
newscenter.az

1Sources